Digər

Rubio Arakçının ABŞ-dan dərhal çıxmasını tələb edib

01 Oct 2026, 10:45 3 baxış
Rubio Arakçının ABŞ-dan dərhal çıxmasını tələb edib

ABŞ Dövlət katibi Marko Rubio Vaşinqton və Tehran arasında danışıqlar dalana dirəndikdən sonra İran nümayəndə heyətinin ölkəni tərk etməsini tələb edib.


Axar.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.


“Ağ Ev bazar ertəsi danışıqlarda irəliləyişin olacağına ümid edirdi, lakin günün sonuna qədər tərəflərin razılığa gələ bilmədiyi məlum olub.


Bundan sonra ABŞ-ın BMT-dəki nümayəndəliyi Rubionun göstərişi ilə İran tərəfinə xarici işlər naziri Abbas Arakçının rəhbərlik etdiyi nümayəndə heyətinin Nyu Yorku dərhal tərk etməli olduğunu bildirib”, - məlumatda qeyd edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər