Kriminal
Masallıda qaz borusuna çırpılan avtomobil tamamilə YANIB - VİDEO
Masallı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə yayımlanıb.
Qeyd olunub ki, "Mercedes" markalı 55-CC-432 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirib və maşını yol kənarındakı qaz xəttinə çırpıb. Nəticəsində qaz xəttində alışma baş verib və əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunublar. Oxu.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti faktı təsdiqləyib. Bildirilib ki, hadisə zamanı avtomobilin yanar hissələri yanıb. "Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub", - deyə məlumatda bildirilir. Əzizə İsmayılova

Mənbə
oxu.az