İdman
Montielin qol ötürməsi ən yaxşılar sırasında - Video
UEFA Çempionlar Liqasının rəsmi səhifəsi yarışın pley-off mərhələsinin dünən keçirilən matçlarındakı ən yaxşı 3 qol ötürməsinin videosunu paylaşıb.
Axar.az xəbər verir ki, həmin ötürmələrin müəllifləri sırasında “Qarabağ”ın futbolçusu Dani Montiel də yer alıb.
Onun “Nyukasl”la oyunda (2:3) Kamilo Durana verdiyi qol ötürməsi UEFA tərəfindən fərqləndirilib.
UEFA bunları "günün qol ötürmələri" kimi dəyərləndirib.
Mənbə
axar.az