Siyasət
Nizami Vəliyev: "Horovludan çıxanda 35 yaşım vardı, bu yaşda doğma yurdumuza qayıtmaq böyük sevincdir"
"Doğma yurda qayıdırıq. Bayrağımız Qarabağda yenidən dalğalanır. Allah dövlətimizin rəhbərinə cansağlığı versin, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıram". Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən Nizami Qulam oğlu Vəliyev deyib. O bildirib ki, köçkünlük illərində çox yerdə yaşayıblar: "Doğma torpaqlardan çıxanda 35 yaşım var idi, indi isə 70-i keçmişəm. Bu yaşda doğma yurdumuza qayıtmaq böyük sevincdir". Məhərrəm Əliyev
Mənbə
oxu.az
Oxşar Xəbərlər