Siyasət
Keçmiş məcburi köçkün: "Horovludan çıxanda oğlumun yeddi yaşı var idi, artıq öz övladı ilə doğma yurda qayıdır"
"Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə cansağlığı arzulayıram. Allah cənab Prezidentimizə də uzun ömür versin ki, bugünkü sevinci bizə yaşatdı, 33 il sonra doğma kəndimizə qayıdırıq". Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən Aidə Cəlil qızı Məmmədova deyib. O bildirib ki, Horovludan çıxanda oğlunun yeddi yaşı var idi: "İndi həmin uşaq böyüyüb. Şükürlər olsun ki, bu gün artıq ailəsi və övladı ilə birlikdə öz doğma yurduna qayıdır. Allaha sonsuz minnətdarıq ki, bu günləri görmək bizə də nəsib oldu". Məhərrəm Əliyev
Mənbə
oxu.az
Oxşar Xəbərlər