İdman

Antuan Qrizmanın yeni klubu bəlli oldu: Ulduz futbolçu okeanın o tayına yollanır

24 Feb 2026, 14:20 1 baxış
Antuan Qrizmanın yeni klubu bəlli oldu: Ulduz futbolçu okeanın o tayına yollanır
"Atletiko Madrid" klubunun əfsanəvi hücumçusu Antuan Qrizman karyerasını MLS təmsilçisi "Orlando Siti"də davam etdirəcək. Oxu.Az xəbər verir ki, bu barədə məşhur insayder Fabrisio Romano məlumat paylaşıb. Bildirilib ki, "Orlando Siti"nin idman direktoru Rikardo Moreyranın Madridə səfərindən sonra Qrizmanın yaxın həftələrdə ABŞ klubuna transferi rəsmiləşəcək. ABŞ mədəniyyətinə və NBA-ya xüsusi marağı olan Antuan Qrizmanın karyerasını okeanın o tayında davam etdirməyə müsbət yanaşdığı bildirilir. Qeyd edək ki, 34 yaşlı Qrizman 210 qolla "Atletiko"nun bütün zamanların ən çox qol vuran oyunçusudur. Bu mövsüm o, bütün yarışlarda 35 oyunda meydana çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər