İdman
Azərbaycan güləşçisi Rusiyadakı turnirdə medal qazanıb
Rusiya Federasiyasının Xantı-Mansiysk regionunda sərbəst güləşçilərin mübarizə apardığı Vladimir Semyonov kuboku uğrunda beynəlxalq turnir baş tutub. Oxu.Az-ın məlumatına görə, ümumilikdə 14 fərqli ölkə idmançılarının qatıldığı bu mötəbər yarışda yığmamızın təmsilçisi, 79 kq çəki dərəcəsində güləşən Ramiz Həsənov da qüvvəsini sınayıb. Azərbaycanlı güləşçi yarışın yekununda fəxri kürsünün üçüncü pilləsinə qalxaraq bürünc medala sahib çıxıb.
Mənbə
oxu.az