İdman

Azərbaycan futbolunun əfsanəsi İqor Ponomaryovun doğum günüdür

24 Feb 2026, 13:24 1 baxış
Azərbaycan futbolunun əfsanəsi İqor Ponomaryovun doğum günüdür
Azərbaycanın tanınmış futbolçusu İqor Ponomaryovun doğum günüdür. Oxu.Az xatırladır ki, o, 24 fevral 1960-cı ildə Bakıda doğulub. İ.Ponomaryov "Neftçi" klubunun üzvü kimi SSRİ-nin olimpiya yığmasının tərkibində 1988-ci il Seul olimpiadasında qızıl medal qazanıb. Sonradan İsveçə yollanan Ponomaryov yerli "Norrçyopinq" komandasında çıxış edib. Baş məşqçi karyerası ərzində isə o, Azərbaycan yığmasına, "Qarabağ" və "Xəzər-Lənkəran", eləcə də Rusiyanın "Maşuk-KMV" komandalarına rəhbərlik edib. 2018-ci ildən bəri Azərbaycanın "Sabah" futbol klubunun Müşahidə Şurasının üzvüdür. 2021-ci ildən həm də "Sabah"ın idman direktoru təyin olunub. 2019-cu ildə və 2024-də müvəqqəti olaraq klubun baş məşqçisi işləyib. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb. 24 fevral 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. Karyerasında qazandığı uğurlar: - 1988 Olimpiya çempionu - 1989 İsveç çempionu. - Avropa Gənclər çempionu (U-18) 1978. - 19 yaşlılar arasında 1979 dünya çempionatının gümüş mükafatçısı. - 1988-ci il SSRİ Federasiya Kubokunun finalçısı. - Ardıcıl olaraq dəqiq vurulan penaltilərin sayına görə SSRİ çempionatlarının rekordçusu - 24 dəfə. - SSRİ çempionatının 100 ən yaxşı bombardiri siyahısına daxildir (75-ci yer, Kiyev "Dinamo"sundan Pavel Vinkovatov, Donetsk "Şaxtyor"undan Viktor Qraçov və Tbilisi "Dinamo"sundan Şota Yamanidze ilə birlikdə) - 66 qol. - Altı dəfə SSRİ çempionatlarında "Neftçi"nin ən yaxşı bombardiri olub: 1979 (Nurməmmədovla birlikdə 5 qol, lakin Ponomaryov çempionatda 20 oyun daha az oynayıb - cəmi 14 oyunda), 1980, 1981, 1983, 1985 və 1988.
Mənbə oxu.az

Oxşar Xəbərlər