İdman
"Qarabağ"ın "Nyukasl"la oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Çempionlar Liqasında pley-off mərhələsinin dörd oyunu keçiriləcək. Oxu.Az xəbər verir ki, "Qarabağ" İngiltərədə "Nyukasl Yunayted" klubunun qonağı olacaq. İzləyicilər "Nyukasl Yunayted" - "Qarabağ" oyununu İctimai TV-də izləyə biləcəklər. Günün digər maraqlı qarşılaşmalarında isə "İnter" "Budyo Qlimt" ilə, "Atletiko Madrid" "Brügge" ilə üz-üzə gələcəklər. Hər iki qarşılaşma "CBC Sport" TV-də canlı yayımlanacaq. UEFA Çempionlar Liqası Pley-off mərhələsi 24 fevral Saat 21:45, "Atletiko Madrid" - "Brügge" ("CBC Sport" TV). 25 fevral Saat 00:00, "Nyukasl Yunayted" - "Qarabağ" (İctimai TV); Saat 00:00, "İnter" - "Budyo Qlimt" ("CBC Sport" TV).
Mənbə
oxu.az