İdman

İngiltərə Premyer Liqası: "Mançester Yunayted" səfərdən qələbə ilə qayıdır - VİDEO

24 Feb 2026, 02:04 1 baxış
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" səfərdən qələbə ilə qayıdır - VİDEO
İngiltərə Premyer Liqasında 27-ci turun son matçı keçirilib. Oxu.Az xəbər verir ki, turun son qarşılaşmasında "Everton" və "Mançester Yunayted" üzə-üzə gəliblər.
Görüş "qırmızı şeytanlar"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 0:1. Qonaqların qələbə qolunun müəllifi Benyamin Şeşko olub. Bu nəticə ilə xal ehtiyatını 48-ə yüksəldən "Mançester Yunayted" 4-cü yerdə qərarlaşıb. 37 xala malik "Everton" 9-cu mövqedədir. Turnir cədvəlinə 61 xalla "Arsenal" başçılıq edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər