Siyasət

ABŞ rəsmisi: "Azərbaycan və Ermənistan arasında sülh üçün ən yaxşı imkan yaranıb"

01 Oct 2026, 09:59 3 baxış
ABŞ rəsmisi: "Azərbaycan və Ermənistan arasında sülh üçün ən yaxşı imkan yaranıb"
"Ötən ilin avqustunda Donald Tramp Ağ Evdə Azərbaycanın Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul etdi, Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşmalar onilliklər ərzində davamlı sülhün əldə edilməsi üçün ən yaxşı imkanı yaratdı". Oxu.Az xəbər verir ki, bu fikirləri Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Emi Karlon Bakıda keçirilən Mərkəzi Asiya, Amerika, Qafqaz və Əfqanıstanı (CAMCA) birləşdirən regional liderlərin illik görüşü - CAMCA Regional Forumunda deyib. O bildirib ki, həmin görüşdə "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" konsepsiyası da təqdim olunub və razılıq əldə edilib. ABŞ rəsmisi vitse-prezident Cey Di Vensin Azərbaycana səfərini xatırladaraq bildirib ki, onunla Prezident İlham Əliyev arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyasında nəzərdə tutulan məsələlər bu gün də prioritetdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər