İdman

"Nyukasl"ın baş məşqçisi: "Sabahkı görüşdə əsas məqsədimiz qələbə qazanmaqdır"

23 Feb 2026, 21:30 1 baxış
"Nyukasl"ın baş məşqçisi: "Sabahkı görüşdə əsas məqsədimiz qələbə qazanmaqdır"
"Nyukasl" bu mövsüm ən yüksəksəviyyəli oyununu məhz "Qarabağ"a qarşı keçirib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu "Nyukasl"ın baş məşqçisi Eddi Hau "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib. Mütəxəssis görüşə yaxşı hazırlaşdıqlarını bildirib: "Çempionlar Liqsaı matçına yaxşı hazırlaşmışıq. Cari mövsüm qitənin ən nüfuzlu klub turnirində yaxşı oyunlarımız çox olub. Səfərdə "Qarabağ"a qarşı yaxşı çıxış etdik. Lakin həmin görüşdə mənim üçün tək nəticə vacib deyildi. Oyun baxımından da yaxşı mübarizə apardıq. Həmin matçda çox istəkli idik və qarşılaşmanın əvvəlindən sonuna qədər üstünlük bizim tərəfimizdə oldu. Düşünürəm ki, bu mövsüm ən yüksəksəviyyəli oyunumuzu məhz "Qarabağ"a qarşı keçirmişik". O, cavab qarşılaşmasında da qələbə qazanmaq istədiklərini söyləyib: "Sabahkı matç üçün uyğun olan start heyətini seçəcəyik. Əsas məqsədimiz oyunu qazanmaqdır. Eyni zamanda, futbolçuların matç ritmini qoruması da vacibdir". Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıdakı ilk qarşılaşmada qonaqlar 1:6 hesabı ilə üstün olublar.
Mənbə oxu.az

Oxşar Xəbərlər