İdman
Cüdoçularımız "Böyük Dəbilqə" turnirində iştirak edəcəklər
Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə "Böyük Dəbilqə" turnirində iştirak edəcəklər. Oxu.Az xəbər verir ki, yarış Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən fevralın 27-dən martın 1-dək baş tutacaq. Turnirdə kişilərdən ibarət yığma 12 çəki dərəcəsində 19 cüdoçu (12 kişi, 7 qadın) ilə təmsil olunacaq. Üç gün davam edəcək yarışda 40 ölkədən 380 idmançı (213 kişi, 167 qadın) mübarizə aparacaq. Dünya Turu seriyasında keçirilən yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü "A" kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq. Heyəti təqdim edirik: Kişilər 60 kq Əhməd Yusifov Balabəy Ağayev 66 kq Nizami İmranov Turan Bayramov 73 kq Kamran Süleymanov Hidayət Heydərov 81 kq Ömər Rəcəbli 90 kq Murad Fətiyev 100 kq Zelim Kotsoyev Əjdər Bağırov +100 kq Camal Qamzatxanov Kənan Nəsibov Qadınlar 48 kq Könül Əliyeva Şəfəq Həmidova 52 kq Aydan Vəliyeva Leyla Əliyeva 63 kq Fidan Əlizadə 70 kq Südabə Ağayeva +78 kq Madina Kaisinova.
Mənbə
oxu.az