İdman

Millimiz Tacikistana məğlub oldu

23 Feb 2026, 16:34 1 baxış
Millimiz Tacikistana məğlub oldu
18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində sonuncu oyununa çıxıb. Oxu.Az xəbər verir ki, yığma beşinci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Belarusun paytaxtı Minskdə yerli futbol federasiyasının məşq meydançasında keçirilən matç rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamız turnirdə altıncı yeri tutub. Xatırladaq ki, U-18 daha əvvəl keçirdiyi matçlarda Rusiya (1:7) və Özbəkistana (1:3) məğlub olub, Belarusa qalib gəlib - 1:0. 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində bu gün sonuncu oyuna çıxacaq. Oxu.Az xəbər verir ki, millimiz 5-ci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Matç Belarusun paytaxtı Minskdə yerli futbol federasiyasının məşq meydanında, Bakı vaxtı ilə saat 13:20-də başlanacaq. Xatırladaq ki, U-18 millisi bundan əvvəlki oyunlarda Rusiyaya 1:7, Özbəkistana isə 1:3 hesabı ilə uduzub, lakin Belarus yığmasını 1:0 hesabı ilə məğlub etməyi bacarıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər