İdman

Qurban Qurbanov Bəhlul Mustafazadənin vəziyyətindən DANIŞDI

23 Feb 2026, 15:04 1 baxış
Qurban Qurbanov Bəhlul Mustafazadənin vəziyyətindən DANIŞDI
"Bəhlul Mustafazadənin vəziyyəti qənaətbəxş deyil". Oxu.Az xəbər verir ki, bu barədə UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Nyukasl Yunayted" - "Qarabağ" oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib. O bildirib ki, fevralın 18-də keçirilən "Qarabağ" - "Nyukasl Yunayted" oyununun 22-ci dəqiqəsində zədələnərək əvəzlənən Bəhlul Mustafazadə yaxşı mövsüm keçirib, ancaq belə qarşılaşmalarda bu cür zədələr qaçınılmazdır. Baş məşqçi transfer məsələsi barədə də danışıb: "Hər mövqeyə transfer etmək istəyirik. Qarşıda bir neçə ay vaxtımız olsa da, baxışlara indidən başlamışıq. Təbii ki, əvvəlcə ölkə daxilində uğur qazanmaq lazımdır". Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Nyukasl Yunayted" oyunu 1:6 hesabı ilə bitib. Murad Nəsimi
Mənbə oxu.az

Oxşar Xəbərlər