İdman

Ozobiçin rekord qolu: Premyer Liqanın ən məhsuldar oyunçuları SİYAHISI

23 Feb 2026, 15:12 1 baxış
Ozobiçin rekord qolu: Premyer Liqanın ən məhsuldar oyunçuları SİYAHISI
Azərbaycan Premyer Liqasının XXI turu Filip Ozobiç üçün əlamətdar olub. Oxu.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Turan Tovuz"un yarımmüdafiəçisi turnirdə 70-ci qolunu vurub. O, "Zirə" ilə ev oyununda (2:0) fərqlənib. Filip "70"ə 218-ci oyununda çatıb. Onun orta məhsuldarlığı 0.32-yə bərabərdir. Premyer Liqada 2016/17 mövsümündə debüt edən Ozobiç "Qəbələ"də 16, "Qarabağ"da 35, "Neftçi"də 15 qol vurub. İndiki klubunda 4-cü dəfə fərqlənən yarımmüdafiəçi turnirdə 70 və daha çox qola sevinən 23-cü futbolçu olub. Ozobiç bu göstəricidə Zaur Ramazanova şərik olub. 1. Nazim Əliyev - 183 2. Müşfiq Hüseynov - 125 3. Rövşən Əhmədov - 116 4-5. Qurban Qurbanov - 115 Samir Ələkbərov - 115 6. Alay Bəhramov - 108 7. Nadir Nəbiyev - 103 8-9. Xaqani Məmmədov - 102 Vadim Vasilyev - 102 10. Kənan Kərimov - 101 11. Musa Qurbanov - 94 12. Fazil Pərvərov - 89 13. Samir Musayev - 88 14-15. Fərrux İsmayılov - 85 İmamyar Süleymanov - 85 16. Samir Əliyev - 84 17. İsmayıl Məmmədov - 76 18. İlham Məmmədov - 74 19. Azər İsayev - 73 20. Paşa Əliyev - 72 21. Badri Kvaratsxeliya - 71 22-23. Zaur Ramazanov - 70 Filip Ozobiç - 70 Qeyd edək ki, Ozobiç 23-lükdə karyerasını davam etdirən yeganə futbolçudur.
Mənbə oxu.az

Oxşar Xəbərlər