İdman

"Neftçi"nin ukraynalı futbolçusu: "Uğurlu nəticələrimiz komandada yaxşı ab-hava yaradıb"

23 Feb 2026, 15:32 1 baxış
"Neftçi"nin ukraynalı futbolçusu: "Uğurlu nəticələrimiz komandada yaxşı ab-hava yaradıb"
"Neftçi"nin futbolçusu Andrey Ştoqrin komandasının son həftələrdəki çıxışı ilə bağlı danışıb. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Ukraynalı yarımmüdafiəçi açıqlamasında son matçlarda qazanılan uğurlu nəticələrin komandada yaxşı ab-hava yaratdığını bildirib: "Nəticələr hazırda müsbətdir və bu, yaxşı haldır. Komandamızın qarşısında yerinə yetirməyi planlaşdırdığımız konkret və aydın vəzifə var. Buna görə də hər oyunda işləməyə davam edir və maksimum səy göstəririk". O, mövsümün sonunda hər şeyin mümkün olacağına inandığını söyləyib: "Medalçılar sırasında olmağımız da mümkündür. Sadəcə, bunun üçün əlimizdən gələni etməliyik". Aktivində XX turdan sonra 30 xal olan "Neftçi" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər