İdman

Coni Montiel: "Ötən oyunu unudub, növbətisi barədə fikirləşməliyik"

23 Feb 2026, 14:16 1 baxış
Coni Montiel: "Ötən oyunu unudub, növbətisi barədə fikirləşməliyik"
"Birinci oyundakı ilk hissədə bizə yaraşmayan formada oynadıq". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Nyukasl Yunayted" - "Qarabağ" oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin futbolçusu Coni Montiel deyib. O bildirib ki, ötən oyunun ikinci hissəsində oynadıqları kimi mübarizə aparmalı idilər: "Biz ötən oyunu unudub, bu oyun barədə fikirləşməliyik. Düşünürəm ki, birinci oyunun ikinci hissəsində oynadığımız kimi oynasaq, daha yaxşı nəticə əldə edə bilərik". Xatırladaq ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Nyukasl Yunayted" oyunu 1:6 hesabı ilə bitib. Murad Nəsimi
Mənbə oxu.az

Oxşar Xəbərlər