İdman
"Qarabağ"ın baş məşqçisi: "Cavab matçında öz oyunumuzu göstərməyə çalışacağıq"
"Məlum nəticədən sonra bu oyuna getmək asan deyil". Oxu.Az xəbər verir ki, bu barədə UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Nyukasl Yunayted" - "Qarabağ" oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib: "Ötən oyunu analiz etməyə, hazırlaşmağa bir neçə gün vaxtımız oldu. Bu oyunda daha diqqətli olmağa çalışacağıq. Bir az psixoloji zərbə almağınıza baxmayaraq, ümumi hazırlığımız pis keçmədi. Cavab matçında öz oyunumuzu göstərməyə çalışacağıq". Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Nyukasl Yunayted" oyunu 1:6 hesabı ilə bitib. Murad Nəsimi
Mənbə
oxu.az