İdman

Qurban Qurbanov bu legioneri cəzalandırdı

23 Feb 2026, 14:30 1 baxış
Qurban Qurbanov bu legioneri cəzalandırdı

"Qarabağ"ın futbolçusu Sami Mmae idman intizamını pozduğu üçün əvəzedici heyətə göndərilib.


Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la (İngiltərə) cavab matçından öncə Bakıdakı mətbuat konfransında deyib.


O, mərakeşli müdafiəçinin hazır olmadığını da söyləyib:


"Hazır olanları heyətə salacağıq. Mmae idman intizamını pozduğu üçün əvəzedici heyətə göndərilib. Bəzən bu addımları atmaq lazımdır. Amma qaydalar çərçivəsində bunu həyata keçirmək lazımdır".

Mənbə axar.az

Oxşar Xəbərlər