İdman

Azərbaycan boksçusu dünya yığmasına çağırıldı

23 Feb 2026, 13:28 1 baxış
Azərbaycan boksçusu dünya yığmasına çağırıldı
Rusiya paytaxtı Moskvada bu gün boks üzrə dünya yığması ilə yerli "Dinamo" komandası arasında görüş keçiriləcək. Azərbaycan Boks Federasiyasından Oxu.Az-a verilən məlumata görə, qarşılaşmada ölkəmizin milli komandasının üzvü Səidcəmşid Cəfərov da iştirak edəcək. Dünya komandasını təmsil edəcək boksçumuz 75 kq çəki dərəcəsində Moskva klubunun idmançısı Yeqor Şapoçanski ilə mübarizə aparacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər