İdman

Məhəmməd Salahın "qol orucu" davam edir

23 Feb 2026, 10:34 1 baxış
Məhəmməd Salahın "qol orucu" davam edir
"Liverpul" klubunun liderlərindən olan Məhəmməd Salah İngiltərə çempionatında qol həsrətinə son qoya bilmir və bu seriya artıq doqquz qarşılaşmaya çatıb. Oxu.Az xəbər verir ki, bu göstərici misirli futbolçunun "mersisaydlılar"ın heyətində İngiltərə Premyer Liqasında çıxış etdiyi dövrdə qeydə alınan ən uzun uğursuz seriyadır. Təcrübəli hücumçu daxili çempionatda son dəfə ötən il noyabrın 1-də "Aston Villa"ya qarşı keçirilən və 2:0 hesabı ilə bitən matçda fərqlənməyi bacarmışdı. Qeyd edək ki, "Liverpul" ötən gün Premyer Liqa çərçivəsində səfərdə "Nottingem Forest"in qonağı olub və son saniyələrdə vurduğu qolla çətinliklə qalib gəlib. Start heyətində yer alan Salah bu görüşü də qolsuz tamamlayıb. Cari mövsümdə bütün turnirlər daxil olmaqla 27 matçda iştirak edən futbolçu aktivinə yeddi qol və səkkiz məhsuldar ötürmə yazdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər