İdman

"Beşiktaş" "Göztəpə"ni darmadağın etdi

23 Feb 2026, 01:30 1 baxış
"Beşiktaş" "Göztəpə"ni darmadağın etdi

Türkiyə Superliqasında XXIII tur davam edir.


Axar.az xəbər verir ki, növbəti oyun günündə "Beşiktaş" meydana çıxıb.


Komanda "Göztəpə"ni qəbul edib. Hesab erkən açılıb. Vilfred Ndidi fərqlənib. "Qara qartal" Amir Mrilyonun qolu ilə ilk hissəni öndə tamamlayıb.


İkinci yarıda "ağ-qaralar" daha 2 dəfə fərqlənib. Junior Olaytan və Hyon-Gyu Oh adlarını tabloya yazdırıblar - 4:0.


Qeyd edək ki, "Beşiktaş" 43 xalla 4-cü, "Göztepe" 41 xalla 5-ci pillədə qərarlaşıb.

Mənbə axar.az

Oxşar Xəbərlər