Kriminal

"Audi" dörd piyadanı vurdu

23 Feb 2026, 00:19 1 baxış
"Audi" dörd piyadanı vurdu

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.


Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Aran-1 qəsəbəsində qeydə alınıb.


Belə ki, "Audi" markalı avtomobil ikisi azyaşlı olmaqla, dörd nəfəri vurub.


Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.


Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunublar. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər