İdman

İngiltərə Premyer Liqası: "Mançester Siti" "Qarabağ"ın rəqibini məğlub etdi - VİDEO

22 Feb 2026, 02:16 1 baxış
İngiltərə Premyer Liqası: "Mançester Siti" "Qarabağ"ın rəqibini məğlub etdi - VİDEO
İngiltərə Premyer Liqasının 27-ci turunda "Mançester Siti" öz meydanında "Nyukasl Yunayted"i qəbul edib. Oxu.Az xəbər verir ki, "Etihad" stadionunda keçirilən oyun "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
14-cü dəqiqədə Nikо O'Rayli hesabı açıb, 22-ci dəqiqədə Lyuis Holl bərabərlik qolunu vurub, 27-ci dəqiqədə O'Rayli ikinci qolunu vuraraq komandasına qələbəni təmin edib. Bu turdan sonra "Mançester Siti" 56 xalla turnir cədvəlində ikinci sıradadır, "Nyukasl Yunayted" isə 36 xalla 10-cu yerdədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər