Cəmiyyət

Maşın həyətin darvazasına çırpıldı: ölənlər var

01 Oct 2026, 09:22 2 baxış
Maşın həyətin darvazasına çırpıldı: ölənlər var

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Mollaoba kəndi ərazisində qeydə alınıb.


Masallı sakini Eminağa Həşimov idarə etdiyi VAZ-2101 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı həyətin darvazasına çırpılıb.


Qəza nəticəsində sürücü Eminağa Həşimov və avtomobildə olan sərnişin Elvin Həşimov dünyasını dəyişib.

Mənbə axar.az

Oxşar Xəbərlər