İdman
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun təsnifat mərhələsi başa çatıb
Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun təsnifat mərhələsi başa çatıb. Oxu.Az xəbər verir ki, Azərbaycanı batut gimnastikası üzrə Maqsud Mahsudov, Hüseyn Abbasov, Fərhad Vəliyev, Nicat Mirzəyev, Selcan Mahsudova, Şəfiqə Hümbətova, İbrahim Mustafazadə və Ayan Şabanova, tamblinq üzrə isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov təmsil ediblər. Təsnifat mərhələsinin nəticələrinə əsasən, batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova və Maqsud Mahsudov, qarışıq sinxron proqramda Maqsud Mahsudov - Selcan Mahsudova cütlüyü, sinxron qadınlar proqramında Selcan Mahsudova - Şəfiqə Hümbətova, sinxron kişilər proqramında isə Maqsud Mahsudov - Hüseyn Abbasov cütlüyü final mərhələsinə vəsiqə qazanıblar. Tamblinq üzrə Tofiq Əliyev və Mixail Malkin də final mərhələsində çıxış etmək hüququ əldə ediblər. Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun final yarışları sabah keçiriləcək.
{{gallery}} Murad Nəsimi
{{gallery}} Murad Nəsimi
Mənbə
oxu.az