İdman

Trampdan Ronalduya müraciət: "Sən ABŞ-yə lazımsan" - VİDEO

21 Feb 2026, 20:36 1 baxış
Trampdan Ronalduya müraciət: "Sən ABŞ-yə lazımsan" - VİDEO
ABŞ Prezidenti Donald Tramp Portuqaliya milli komandasının lideri Kriştianu Ronalduya videomüraciət edib və onu "ən böyük" adlandırıb, həmçinin mümkün qədər tez ABŞ-yə gəlməsinə çağırış edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə Tramp özünün "TikTok" səhifəsində paylaşım edib. "Sən bizə ABŞ-də lazımsan", - deyə ABŞ prezidenti qeyd edib.
O, futbolçunun Ağ Evdə süni intellekt tərəfindən yaradılan videosunu da paylaşıma əlavə edib. Qeyd edək ki, Ronaldu noyabrın 19-da Ağ Evdə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Əl-Səudun ölkəyə səfəri şərəfinə Donald Tramp tərəfindən təşkil edilən dəbdəbəli şam yeməyində iştirak etmişdi. Futbolçu hazırda Səudiyyə Ərəbistanında "Ən-Nəsr"də oynayır.
Mənbə oxu.az

Oxşar Xəbərlər