Kriminal

Cəlilabadda yaşayış evi yanıb

21 Feb 2026, 21:00 1 baxış
Cəlilabadda yaşayış evi yanıb
Cəlilabad rayonunda yaşayış evində yanğın olub. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib. Qeyd olunub ki, FHN-in "112" qaynar telefon xəttinə Cəlilabad rayonu, Buravar kəndində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunublar. Yanğınsöndürənlər tərəfindən vətəndaşa məxsus ikimərtəbəli yaşayış evində baş vermiş yanğın söndürülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər