İdman
Millimiz Belarus yığmasını məğlub etdi
Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət milli komandası Beynəlxalq İnkişaf Turnirində üçüncü matçını keçirib.
Axar.az xəbər verir ki, B qrupunda Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 1-0 hesablı qalib gəlib.
Matç Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilib.
Qələbə qolunu 42-ci dəqiqədə Əli Bəşirov vurub.
Mənbə
axar.az