İdman

Azərbaycan millisi beynəlxalq turnirin sonuncu görüşündə qalib gəldi

21 Feb 2026, 19:24 1 baxış
Azərbaycan millisi beynəlxalq turnirin sonuncu görüşündə qalib gəldi
Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün üçüncü oyununa çıxıb. Oxu.Az xəbər verir ki, B qrupunda Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 1:0 hesablı qələbəyə sevinib. Matç Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilib. Qələbə qolunu 42-ci dəqiqədə Əli Bəşirov vurub. Qeyd edək ki, millimiz əvvəlki görüşlərdə Özbəkistana 1:3, Rusiya millisinə 1:7 hesabı ilə məğlub olub
Mənbə oxu.az

Oxşar Xəbərlər