Kriminal

Azərbaycanda ticarət mərkəzində DAVA: Həbs edilənlər var

20 Feb 2026, 21:24 1 baxış
Azərbaycanda ticarət mərkəzində DAVA: Həbs edilənlər var
Astara şəhərinin Park-Bulvar ərazisində abadlıq işləri aparan işçilər həbs ediliblər. Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, saxlanılan şəxslər DOST MMC-də fəhlə kimi çalışan şəxslərdir. 1990 və 1995-ci il təvəllüdlü Astara rayon sakinləri Park-Bulvar ərazisində abadlıq işləri apararkən aralarında iş bölgüsü ilə bağlı mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib. Onlar həmin ərazidə bir-birilərinə qarşı nalayiq ifadələr işlədiblər. Hər iki şəxs barəsində ayrı-ayrılıqda İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. Məhkəmənin qərarı ilə fəhlələrdən biri 15, digəri isə 5 sutka müddətinə inzibati qaydada həbs olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər