Kriminal

Bakıda binada YANĞIN - VİDEO

20 Feb 2026, 21:44 1 baxış
Bakıda binada YANĞIN - VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşən binalardan birində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.
Mənbə oxu.az