Kriminal

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana gətirildi

20 Feb 2026, 17:30 1 baxış
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana gətirildi
Fevralın 20-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən şəxsin ölkəmizə ekstradisiyası həyata keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bir sıra şəxslərlə qabaqcadan əlbir olaraq xüsusilə külli miqdarda zərgərlik məmulatlarını (1 683 298 manat dəyərində) Azərbaycan Respublikasının dövlət sərhədində bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərməkdə (Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ittiham edilmiş vətəndaş Tural Akif oğlu Səməd-zadənin yeri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) müəyyən olunub və o, həbs edilib: "Ədliyyə Nazirliyinin sorğusunun və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə edilib. Bu da öz növbəsində ölkəmizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Birləşmiş Ərəb Əmirliklərinin ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir. Tural Akif oğlu Səməd-zadə Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən BƏƏ-dən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib. Ədliyyə Nazirliyi tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir".
Mənbə oxu.az

Oxşar Xəbərlər