Siyasət

Azərbaycanda tikinti xammallarından birinin istifadəsi qadağan edilir

20 Feb 2026, 16:53 2 baxış
Azərbaycanda tikinti xammallarından birinin istifadəsi qadağan edilir
Prezident İlham Əliyev "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, dəyişikliklə asbest və tərkibində asbest olan materiallar "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı"na salınır. Bu qanun 2027-ci il iyulun 1-dən qüvvəyə minir.
Mənbə oxu.az

Oxşar Xəbərlər