Kriminal
ABŞ-də uzaq planetləri öyrənən məşhur alim GÜLLƏLƏNDİ
ABŞ-də Kaliforniya Texnologiya İnstitutunun tanınmış astrofizik alimi Karl Qrillmeyr evinin eyvanında güllələnərək öldürülüb. Oxu.Az xəbər verir ki, bu barədə "Los Angeles Times" məlumat yayıb. Bildirilib ki, alim 40 ildən çox qalaktik astronomiya və uzaq planetlərin öyrənilməsi sahəsində tədqiqatlar aparıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları artıq şübhəli şəxsi saxlayıblar. Hadisə ilə bağlı araşdırma aparılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az