Kriminal
Beyləqanda yanğın: Bir neçə kənddə internet kəsildi
Beyləqan rayonunda qeydə alınan yanğın bir neçə yaşayış məntəqəsində internet bağlantısının dayanmasına səbəb olub.
Axar.az Trend-ə istinadən xəbər verir ki, drenaj kanalları boyunca yerləşən kolluq sahədə alovlanma baş verib və nəticədə həmin ərazidən keçən rabitə xətləri zədələnib.
Bu səbəbdən bir neçə kənddə internetin verilişində fasilə yaranıb.
Mənbə
axar.az