Kriminal

Beyləqanda da yanğın: meşə massivinə yayıldı

19 Feb 2026, 22:46 1 baxış
Beyləqanda da yanğın: meşə massivinə yayıldı

Beyləqan rayonunda başlayan yanğın geniş əraziyə yayılıb.


Axar.az xəbər verir ki, yanğın hadisəsi rayonun Tatarlar və Eyvazalılar kəndlərinin ərazisində başlayıb.


Yerli sakinlərin verdiyi xəbərə görə, yanğın küləyin təsiri ilə genişlənərək meşə massivinə keçib.


Yanğının söndürülməsinə Beyləqan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.


Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Mənbə axar.az

Oxşar Xəbərlər