Siyasət
Tramp: "İki çox vacib ölkə arasında sülh əldə etdim və bunu heç vaxt unutmayacağam"
"Onlar yaxşı insanlardır, amma çətindirlər. Düşünürəm ki, onlar dost olublar". Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan haqqında danışarkən söyləyib. ABŞ prezidenti bildirib ki, iki çox vacib ölkə arasında sülh əldə edib və bunu heç vaxt unutmayacaq. "Sizə çox təşəkkür etmək istəyirəm. Bu, sizin və yeni dostunuzun etdiyi əla bir şey idi. Biz bunu təxminən 24 saat ərzində həll etdik və bu, yaxşı bir hissə oldu. Düşünürəm ki, onlar dostlaşıblar", - deyə o əlavə edib.
Mənbə
oxu.az