Kriminal

Kənan Mahmudov və Orxan Saffari polisə çağırıldı

19 Feb 2026, 19:12 1 baxış
Kənan Mahmudov və Orxan Saffari polisə çağırıldı

Rejissor Kənan Mahmudov və yazıçı Orxan Saffari Polis İdarəsinə dəvət olunub.


Axar.az-ın APA-ya istinadla xəbərinə görə, onlar bu gün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə çağırılıblar. Hazırda onların ifadələri alınır.


Xatırladaq ki, ötən gün Kənan Mahmudovla Orxan Saffari arasında sosial şəbəkədə mübahisə yaranıb. Buna səbəb Orxan Saffarinin Kənan Mahmudov barəsində paylaşdığı tənqidi yazı olub. Bundan sonra Kənan Mahmudov yazıçınıın haqqında təhqiramiz ifadələr işlədib.

Mənbə axar.az

Oxşar Xəbərlər