Kriminal
Ucarda zəncirvari qəza: Xəsarət alan şəxslərin VƏZİYYƏTİ AÇIQLANDI
Ucarda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. Bu barədə Oxu.Az-a Ucar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. "Fevralın 19-u saat 13:40-da Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi magistralının Ucar rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə altı nəfər (dörd qadın, iki kişi) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılara bədənin müxtəlif hissələrinin əzilmiş, cızılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir", -məlumatda qeyd olunub. Aygün Mirakif Ucarda zəncirvari yol-nəqliyyat hadisəsi olub. Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib. Belə ki, minik, yük avtomobillərinin və mikroavtobusun iştirakı ilə baş verən qəzada altı nəfər xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az