Kriminal
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər Azərbaycandan deportasiya ediliblər
Şəhidlər Xiyabanında nalayiq hərəkətlər edərək video çəkib sosial şəbəkədə paylaşan əcnəbilər Azərbaycandan çıxarılıblar. Bu barədə Oxu.Az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, həmin əcnəbilər barəsində məhkəmə hökmü ilə tətbiq edilmiş Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının icrası məqsədilə həmin şəxslər 18.02.2026-cı il tarixində Dövlət Miqrasiya Xidmətinə təhvil verilmiş, eyni gündə onların ölkə hüdudlarından kənara çıxarılması və qanunla müəyyən edilmiş müddətdə ölkəyə girişlərinin məhdudlaşdırılması təmin edilib. Samir Əli
Mənbə
oxu.az