Kriminal
Göygöldə şagirdlərin zəhərləndiyi məktəbin bufeti bağlandı
Göygöldə 10 şagirdin zəhərləndiyi məktəbin bufeti bağlanıb. Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilib. Qeyd olunub ki, Göygöldə baş verən hadisə ilə əlaqədar AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi tərəfindən rayonun Aşıqlı kənd məktəbinin daxilində fəaliyyət göstərən bufetdə plandankənar yoxlama keçirilib. "Satılan məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb. Bufetin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb", - deyə məlumatda vurğulanıb.
{{gallery}} Əzizə İsmayılova
{{gallery}} Əzizə İsmayılova
Mənbə
oxu.az