Kriminal

Ucarda itkin düşən 62 yaşlı kişinin meyiti tapıldı

18 Feb 2026, 11:52 1 baxış
Ucarda itkin düşən 62 yaşlı kişinin meyiti tapıldı
Ucar rayonunda bir neçə gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qaracallı kəndi ərazisində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Vahid Məmmədov iki gün əvvəl itkin düşüb. Yaxınlarının axtarışları nəticəsində V.Məmmədovun meyiti fevralın 17-də axşam saatlarında kənd ərazisindən keçən su kanalında aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Faktla bağlı araşdırma aparılır. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər