Dünya
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 nəfər şəhid olub - Video
Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda helikopter qəzaya uğrayıb. Oxu.Az NTV telekanalına istinadən xəbər verir ki, hadisə Samanköy ərazisində yerli vaxtla saat 18:45-də (Bakı vaxtı ilə saat 19:45-də) baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili tibbi yardım briqadası və Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi İdarəsinin (AFAD) əməkdaşları cəlb olunublar. Ərazidə baş verən kiçikmiqyaslı yanğın söndürülüb.
"S-70" tipli helikopterlərimizdən biri Malatyada hələlik məlum olmayan səbəbdən qəzaya uğrayıb. Axtarış-xilasetmə işlərinə dərhal başlanılıb", - deyə Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib. Malatya Böyükşəhər Bələdiyyəsinin sədri Sami Er qəzada 4 hərbçinin həlak olduğunu bildirib. Hüquq-mühafizə orqanlarının və hərbi qurumların nümayəndələri hadisə yerində araşdırma aparırlar.

Mənbə
oxu.az