Digər

Hörmüzdə iki gəmi dəniz minası ilə toqquşdu

12 Nov 2026, 20:49 1 baxış
Hörmüzdə iki gəmi dəniz minası ilə toqquşdu

Hörmüz boğazının şərq hissəsində 2 gəmi dəniz minası ilə toqquşduqdan sonra alovlanıb.


Axar.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.


"Bu gün gündüz saatlarında qaydaları pozan, xəbərdarlıqlara məhəl qoymayan və radiolokasiya sistemlərini söndürən 2 gəmi Hörmüz boğazının şərq hissəsində qadağan olunmuş təhlükəli zonaya daxil olub və dəniz minası ilə toqquşma nəticəsində alışıb", - məlumatda bildirilib.


SEPAH baş verənlərə görə məsuliyyəti ABŞ tərəfinin üzərinə qoyub.

Mənbə axar.az

Oxşar Xəbərlər