Kriminal

Bakı-Qazax yolunda təhlükəli vəziyyət: Görüntülərə qurumdan reaksiya - Video

12 Nov 2026, 19:48 1 baxış
Bakı-Qazax yolunda təhlükəli vəziyyət: Görüntülərə qurumdan reaksiya - Video
Bakı-Qazax yolunun Hacıqabul ərazisindən keçən hissəsi bərbad vəziyyətdədir. Oxu.Az Baku.ws-ə istinadla xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində asfalt örtüyünün yararsız vəziyyətdə olduğunu əks etdirən görüntülər paylaşılıb.

Kadrlardan görünür ki, yolun bəzi hissələrində asfalt örtüyü dağılıb, çalalar yaranıb. Bu vəziyyət sürücülərin hərəkətini çətinləşdirir və nəqliyyat vasitələri üçün təhlükə yaradır. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanlayıb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, hazırda qeyd olunan avtomobil yolunun Bakı istiqamətində ayrı-ayrı hissələrində cari təmir işləri aparılır. Yolun istismar vəziyyətinin yaxşılaşdırılması məqsədilə cari təmir tədbirlərinin digər hissələrdə də mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur. "Bununla yanaşı, müvafiq investisiya proqramı çərçivəsində sözügedən avtomobil yolunun əsaslı təmirinin həyata keçirilməsi planlaşdırılır", - deyə məlumatda qeyd edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər