Kriminal

Ağdərədə itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı

17 Feb 2026, 19:24 1 baxış
Ağdərədə itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı
Cəlilabad rayonundan olan itkin şəhidin nəşi tapılıb. Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, 1992-ci ildə Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşmüş rayon sakini Mahir Abuzər oğlu Quliyevin nəşi aşkar edilib. Məlumata görə, şəhidin şəxsiyyəti müvafiq ekspertiza prosedurlarından sonra dəqiqləşdirilib və ailəsinə məlumat verilib. Şəhid Mahir Quliyevin dəfn mərasimi fevralın 19-na planlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər