Dünya
Cenevrədə Ukrayna üzrə üçtərəfli danışıqlar başlayıb
Cenevrədə (İsveçrə) Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumatlar yayılıb. Danışıqların iki gün davam edəcəyi gözlənilir. Üçtərəfli danışıqların əvvəlki mərhələsi 4-5 fevralda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş tutub.
Mənbə
oxu.az