Dünya

Şimali Koreyadan güc nümayişi: Raket 1000 kilometr uzaqlıqdakı hədəfi vurdu

04 Oct 2026, 16:24 4 baxış
Şimali Koreyadan güc nümayişi: Raket 1000 kilometr uzaqlıqdakı hədəfi vurdu
Koreya Xalq Demokratik Respublikasının (KXDR) oktyabrın 3-də Şərqi Koreya (Yaponiya) dənizi istiqamətində buraxdığı raket 1 000 kilometr məsafədəki hədəfi dəqiqliklə vurub. Oxu.Az Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən xəbər verir ki, sınaq hipersəs silah sistemlərini idarə edən hərbi qulluqçuların hazırlığını yoxlamaq, həmçinin KXDR-nin çəkindirmə vasitələrinin etibarlılığını, effektivliyini və mobilliyini qiymətləndirmək məqsədilə keçirilib. Raketin buraxılışını şəxsən KXDR lideri Kim Çen In izləyib. O, hərbçilərin yüksək peşəkarlıq nümayiş etdirdiklərini və cavab zərbəsi endirməyə daim hazır olduqlarını bildirib. "Biz düşmənlərə strateji hücum vasitələrimizin etibarlılığını və dağıdıcı gücünü yorulmadan və dəfələrlə nümayiş etdirmək üçün məsuliyyətlə çalışmalıyıq. Bu, çəkindirici qüvvələrin nümayiş etdirilməsi formalarından biridir", - deyə Kim Çen In vurğulayıb.
Şimali Koreyadan güc nümayişi: Raket 1000 kilometr uzaqlıqdakı hədəfi vurdu
Mənbə oxu.az

Oxşar Xəbərlər